Son günlər səhnə geyimləri və rəqsi ilə gündəmdən düşməyən müğənni Gülşənin 2016-cı ildə ailə qurduğu Ozan Çolakoğlu ilə boşanmaq qərarına gəldiyi iddia edilib.
"Unikal" xəbər verir ki, gündəm mövzusuna çevrilən iddialarla bağlı müğənninin prodüseri açıqlama yayıb. O, xəbərləri əsassız adlandıraraq, təkzib edib.
Qeyd edək ki, cütlüyün bu izdivacdan bir oğlanları var.