Dünya şöhrətli müğənni və bəstəkar Prinsin ölümündən sonra varislərinin başlatdığı hüquqi mübarizə yekunlaşıb.
"Unikal" xəbər verir ki, 5 illik məhkəmə prosesinin sonunda mərhum ifaçının əmlak dəyəri məlum olub.
Ölməzdən əvvəl mirasını açıqlamayan sənətçinin sərvətinin ümumi dəyəri 156,4 milyon dollar təşkil edir.
Daha əvvəl ABŞ-da gəlir xidmətləri sahəsində fəaliyyət göstərən "Daxili gəlir xidməti" ilə "Comerica Bank & Trust" adlı miras idarəçiliyi qurumu Prinsin aktivlərinin məbləği ilə bağlı fərqli rəqəmlər açıqlayıb.
Dövlət qurumu Prinsin sərvətini 163,2 milyon dollar, “Comerica Bank & Trust” isə 82,3 milyon dollar dəyərində tanıyıb.
Miras gələn ay vərəsələr arasında bölünəcək.
Qeyd edək ki, Prins 2016-cı il 21 aprel tarixində 57 yaşında evində ölü tapılıb. Onun narkotik tərkibli dərmanlardan həddindən artıq çox istifadə etdiyi üçün dünyasını dəyişdiyi bildirilib.