Qazaxıstanın Almatı şəhərində fövqəladə vəziyyət və komendant saatı yanvarın 19-da başa çatacaq.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Almatı komendaturası məlumat yayıb.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-dən 19-na qədər Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyətin elan olunması barədə fərman vermişdi.