Türkiyə və Ermənistan arasında hava reyslərinə fevralın 2-dən başlanacaq.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Qarşılıqlı olaraq uçuşların başlanması qərara alınıb. Mülki Aviasiya Baş İdarəsi "Pegasus Airlines"ə Sabiha Gökçen-İrəvan marşrutu üzrə həftədə üç uçuş həyata keçirməyə icazə verib. Ermənistanın "Fly One Armenia" aviaşirkəti isə İrəvan-İstanbul marşrutu üzrə həftədə üç uçuş həyata keçirəcək", - açıqlamada deyilir.