Hara gedək: it hürənə, yoxsa işıq gələnə?
11:35 20-02-2013
CƏMİYYƏT
Avropa bəzən səmimiyyət, bəzən də siyasi-kommerisiya maraqları üzündən Azərbaycanın ona doğru uzanmış əlini soyuq qarşılayır
Füle: “Bizim güzəştə getməyəcəyimiz sahələr var”
Azərbaycanın son on ildə seçdiyi xarici siyasət kursu tədricən Rusiyanın təsir dairəsindən qurtulmaqla Qərb strukturlarına inteqrasiya olunmağa doğru aparır. Və maraqlısı odur ki, bir sıra prinsipial məsələlərədə həmişə zidd mövqelərdən çıxış edən iqtidar və müxalifət analitikləri bu məsələdə həmişə yekdil rəydə olublar...
Hər iki düşərgənin ekspertləri hesab edirlər ki, Azərbaycan, demək olar ki, mərhələ-mərhələ Rusiyadan siyasi və iqtisadi asılılığını azaltmaq niyyətindədir. Bu proses tam şəkildə getmək üzrədir və günü-gündən də güclənir.
Məlum olduğu kimi, həm Rusiyanın, həm də Qərb dövlətlərinin Azərbaycanda güddükləri əsas məsələ ölkəmizin karbohidrogen ehtiyatları və bu ehtiyatların, o cümlədən Orta Asiya dövlətlərinə məxsus qaz-neft məhsullarının Azərbaycan ərazisi vasitəsilə Qərbə nəql edilməsidir.
Rusiya öz niyyətini gizlətmir ki, sözügedən məsələlərlə bağlı Qərbi özündən asılı vəziyyətə salmaq üçün bütün bu ehtiyatların üzərinə əl qoymağa can atır. Hazırda Rusiyanın bu planlarının qarşısındakı ən ciddi maneələrdən biri məhz Azərbaycandır.
Azərbaycanın bütün karbohidrogen ehtiyatları Türkiyə ərazisindən Qərbə yönələcək və artıq Nabucco, TANAP layihələri və Anadolu kəməri ilə bağlı Azərbaycanla Türkiyə arasında razılaşmanın əldə edilməsi, Qərbi Nabucconun və Transxəzər layihələrinin gerçəkləşmə reallığı Rusiyanın səbrini tamamilə tükədib. Çünki Azərbaycan bütün istiqamətlərdə Rusiyadan asılılığını sıfıra endirir, ardınca isə siyasi asılılığın azalması gəlir. Rusiya isə Qafqaz ölkələrini, o cümlədən Gürcüstan, Azərbaycan və Ermənistanı özünün təsir dairəsində görmək istəyir. Buna görə də Azərbaycanın ondan uzaqlaşmasını özünə və hərbi imkanlarına sığışdıra bilmir və Dağlıq Qarabağ münaqişəsini qızışdıraraq ermənilərin mövqeyini gücləndirib Azərbaycana güclü şəkildə təzyiq göstərmək istəyir.
Əlavə olaraq bir məsələni də qeyd etmək istəyirəm ki, Rusiyanın Azərbaycanı öz orbitindən buraxmamaqda məqsədi ondan ibarətdir ki, Azərbaycan da Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İttifaqına cəlb olunsun. Azərbaycan MDB-nin gömrük ittifaqına qoşulmaqdan birbaşa imtina edib və həm də çox sərt şəkildə. Gömrük ittifaqına qoşulmadan da Avrasiya İttifaqına qoşulmaq mümkün deyil. Azərbaycan dəfələrlə bildirib ki, hal-hazırda özünün iqtisadi və siyasi müstəqilliyini əldən verməyəcək. Belə çıxır ki, Azərbaycan bu məsələdə Qərblə və Birləşmiş Ştatlarla öz mövqeyini uzlaşdırır və Rusiyadan uzaqlaşmağa başlayıb. Rusiya isə bunu həzm edə bilmir.
Amma Azərbaycanın can atdığı Avropa strukturları ilə də ciddi problemləri meydana çıxıb. İş burasındadır ki, Avropa qurumları bəzən səmimiyyət üzündən, bəzən də siyasi-kommersiya maraqları üzündən Azərbaycanın ona doğru uzanmış əlini soyuq qarşılayırlar.
Belə ki Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin sözçüsü Peter Stano Azərbaycanla assosiativ sazişin ləngiməsi məsələsinə toxunub. O deyib ki, assosiativ saziş tərəfdaş ölkə ilə siyasi əməkdaşlıq və iqtisadi inteqrasiyanı nəzərdə tutur: “Belə bir sazişin imzalanması üçün tərəflər bəzi məsələlər ətrafında razılıq əldə etməlidir. O cümlədən assosiativ üzvlük təklif edilən ölkə müəyyən islahatlar aparmalı, Avropada çox mühüm olan müəyyən dəyərlər və prinsiplərlə bağlı öhdəliklər götürməlidir. Biz bu məsələlərlə bağlı bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla danışıqlar aparırıq. Amma hər bir ölkə ilə danışıqlar müxtəlif mərhələlərdədir. Çünki hər bir ölkə özünəməxsusdur.
Həm də bu ölkələrlə danışıqlara başlayanda onların inkişaf səviyyəsi fərqli olub və danışıqlar müxtəlif vaxtlarda başlanıb. Azərbaycanla bağlı proses davam edir, masa üzərində bəzi məsələlər qalır, biz onları həll etməliyik. Avropa Birliyi üçün dəyərlərlə bağlı, o cümlədən qanunun aliliyi, insan haqlarına aid məsələlərin razılaşdırılması vacibdir”.
“Azərbaycanla danışıqlarda ən böyük çətinliklər demokratiya, insan haqlarına dair məsələləri razılaşıdıranda üzə çıxır” sualını Peter Stano belə cavablandırıb: “Bütün tərəfdaş ölkələrlə danışıqlarda bizim çantamızda çoxlu kompromis variantlar olur. Amma bizim güzəştə getməyəcəyimiz sahələr də var. Bu da dəyərlərdir. O cümlədən insan haqları, qanunun aliliyi, azadlıqlar sahəsində. Biz Azərbaycanı özümüzə tərəfdaş sayırıq. Amma eyni zamanda bu tərəfdaşlığın açıq olmasını istəyirik, hansısa məsələ ilə bağlı suallarımız varsa, onu gizlətməyəcəyik, əksinə, qaldıracağıq. Bizim qonşularla münasibətlərimiz dəyərlərə və prinsiplərə əsaslanır”.
Digər Xəbərlər
2025-02-22 13:52:05

2025-02-22 13:13:20
.jpg)
2025-02-22 12:56:00

2025-02-22 12:46:00

2025-02-22 12:32:44

2025-02-22 12:08:27

2025-02-22 12:07:27

2025-02-22 12:05:39

2025-02-22 11:45:00

2025-02-22 11:25:09

2025-02-22 11:07:08

2025-02-22 10:47:17

2025-02-21 22:59:34

2025-02-21 21:57:29

2025-02-21 21:52:17

2025-02-21 20:18:26

2025-02-21 18:39:26

2025-02-21 18:34:00

2025-02-21 18:16:45

2025-02-21 17:46:18
