Bəzi ölkələrdə insanlara “Omikron” ştamının yayılması risklərini azaltmaq üçün xaricdən məhsul sifariş etməyi dayandırmaq tövsiyə edilib. Belə ki, koronavirusun xaricdən gələn bağlamalarla yayıldığı ehtimal edilir.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, COVID-19 virusuna yoluxma hallarının qeydə alındığı bölgədən bağlama almaq təhlükəsizdir:

"Sifariş edilən mal vasitəsilə habelə daşınma vaxtı müxtəlif hava və temperatur şəraitinə məruz qalan bağlamadan COVID-19 virusuna yoluxma ehtimalı aşağıdır".

Murad İbrahimli