Partiyaların rayon təşkilatlarının durumu necədir?
AXCP və Müsavat şikayət edir, KXCP və BAXCP isə hələ çox işlərin görülməsinin zəruriliyini deyirlər
"Siyasi partiyalar haqqında" Qanun layihəsinin müzakirəyə çıxarılacağı barədə məlumatların yayılması fonunda, ölkədəki partiyaların hazırkı durumu maraq doğurur. Partiyaların əyalətdəki rayon təşkilatlarının durumunu öyrənməyə çalışdıq.
İqtidarda olan Yeni Azərbaycan Partiyasından (YAP) fərqli olaraq, daha az üzv sayı və imkanlara sahib olan partiların rayonlarda təşkilatlanma səviyyəsini müəyyən etmək üçün bir neçə partiya rəsmisi ilə əlaqə saxladıq.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, partiyanın 20 mindən artıq üzvü, 90-a yaxın yerli təşkilatı var: "Düzdür, əvvəlki illərə nisbətən bölgələrdəki yerli təşkilatlarımızın qərargah və maliyyə problemləri daha çoxdur. Rayon təşkilatlarımızın əksəriyyəti qərargahsız fəaliyyət göstərir və çox zaman toplantıları, görüşləri başqa partiya və təşkilatların qərargahlarında keçirməli oluruq. AXCP rayon təşkilatlarının sədrləri və fəalları, eləcə də onların yaxınları siyasi mənsubiyyətlərinə görə təzyiqlərə məruz qalır, işdən qovulur və ya iş tapa bilmirlər. Lakin son zamanlarda partiyaya gənclərin axını yaranıb və bu da yerlərdəki təşkilatlarımızın nəzdində gənclər komitələrinin yaradılmasına gətirib gətirib çıxarıb. Halbuki əvvəllər bu istiqamətdə rayon təşkilatlarının praktikası elə də güclü deyildi".
Fuad Qəhrəmanlı qeyd edib ki, bu yaxınlarda AXCP-nin 20-dən çox rayon təşkilatının müşavirəsi keçirilib və AXCP rəhbərliyinin təmsilçiləri də müxtəlif rayonlarda olaraq, üzvlərlə görüşüb, onların vəziyyəti ilə maraqlanıblar. "Hazırda AXCP-nin rayon təşkilatları İctimai Palatanın yerli təşkilatlarının formalaşmasında yaxından iştirak edirlər, öz enerjilərini bu istiqamətə yönəldirlər. Lakin az əvvəl dediyim kimi, qərargahın olmaması, maliyyə sıxıntıları bölgələrdə siyasi fəaliyyətin güclənməsinə, yaxşı şəraitdə toplaşmaya əngəl törədir. Həmçinin onyekt sahiblərinin müxalifət partiyalarına ofis icarə verməyə ehtiyatlanması və təzyiqlərə məruz qalması da qeyd olunmalıdır. Qanunvericilik normasındadır, sadəcə siyasi münaisbətlərdəyişilməlidir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli isə öz növbəsində bildirib ki, bölgələrdə siyasi fəallıq azdır və bu fəallıq paytaxtda azacıq hiss olunur: "Problemin kökündə dayanan bir sıra amillər var. Birincisi onunla bağlıdır ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etməyib. Həmçinin siyasi partiyaların əksəriyyətinin bölgələrdə qərargahları yoxdur, ofislərdə ştatlı işçilər çalışmır, maliyyə çətinliyi təşkilatlanmaya maneə törədir. Siyasi Partiyalar haqqında qanun gecikməkdədir, partiyaların maliyyələşməsi məsələsi həll olubnmayıb, dövlət də partiyalara boş yerlər təklif edə bilmir. Fransada isə partiyalat dövlətdən maliyyələşir, üzvlükhaqqı və ianələr qadağan olunub. Bu isə partiyaların kənar təsirə düşməsinə mane olur".
BAXCP rəsmisi qeyd edib ki, partiyanın 10 mindən çox üzvü var, eyni zamanda 67 rayon təşkilatı və bir rayon təşkilat komitələri mövcuddur. "Rayon təşkilatlarımız tam strukturlaşıb, amma təşkilat komitələrinin tam formalaşması və təsdiqlənməsi qurultay ərəfəsində keçiriləcək konfranslarda baş tutacaq".
Elçin Mirzəbəyli qeyd edib ki, bu rayon təşkilatlarından əksəriyyətinin qərargahı yoxdur, üzvlər isə açıq havada və ya mənzillərdə toplaşırlar.
Müsavat Partiyasının Təşkilat departamentinin rəhbəri Zöhrab Məhərrəmlidə partiyasının rayon təşkilatlarının fəaliyyətinin tam arzuolunan səviyyədə olmadığını qeyd edib: "Müsavat Partiyasının 84 rayon təşkilatı mövcuddur. Onlardan 40-a yaxının qərargahı var idi, lakin gündə birini alırlar, digərini bağlayırlar, hazırda cəmi 15 rayon təşkilatımızın qərargahı qalıb. Bu yaxında Neftçaladakı qərargahı da əlimizdən aldılar. Bölgələrdə fəaliyyət var, amma 2003 və 2005-ci illərdəki kimi deyil. Rayon təşkilatlarının fəaliyyətinə çox əngəllər törədilir. Amma bütün mınfi hallara baxmayaraq, son zamanlar Müsavatda gəncləşmə baş verir. Partiyanın nizamnaməsində edilən dəyişikliyə görə, həm partiya,həm də rayon təşkilat sədrləri iki dəfədən çox seçilə bilməzlər. Bu da gənclərin fəallaşmasına stimul verir".
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Fikrət Cəfəlidə hesab edir ki, rayonlarda partiyaların fəaliyyəti son illərdə həm ordakı sosial-iqtisadi duruma, həm də əhalinin ictimai-siyasi cəhətdən fəal təbəqəsinin paytaxta üz tutmasına görə geriləyib. "Bizim partiyanın 65 rayon şöbəsi var, onların bəziləri öz daxili imkanları hesabına yer tutaraq fəaliyyət gösütərirlər, lakin dövlət tərəfindən heç bir qərargahla təmin etmə halları olmayıb. Hazırda fəaliyyəti artırmaq və koordinə etmək çətin olub. Böyük rayon və şəhərlərdə olan şöbələrimizin fəaliyyəti kifayət qədər hiss olunur".
KXCP rəsmisi qeyd eidb ki, ümumiyyətlə son 15 ildə Azərbaycandakı partiyalarda gənclərin fəallığı azalıb: "Amma indi görürəm ki, gənclərin fəallığı artır. Sevindirici haldır ki, Azərbaycan siyasətində gənclər öz yerlərini tapmağa başlayıblar. Bu, həm Bakıda, həm də bölgələrdə hiss olunur".
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35