Türkiyənin İstanbul şəhərində yerləşən universitetlərdə dərslər ayın sonunadək dayandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, qarlı hava şəraiti ilə əlaqədar bir sıra tədbirlər görülüb:
"Dövlət müəssisə və təşkilatlarında çalışan əlil və hamilələrin 28 yanvar Cümə gününə qədər məzuniyyəti nəzərdə tutulur. Bundan əlavə, universitetlər 31 yanvar bazar ertəsinə qədər təhsili dayandıracaq. Xüsusi Təhsil və Reabilitasiya Mərkəzlərində tədris yanvarın 28-i cümə gününə kimi dayandırılır. Yerlikaya, Trakya və Anadoludan hərəkət edən avtomobillər üçün İstanbula giriş məhdudiyyəti qaldırıldı".