İsrail Səhiyyə Nazirliyi ölkədə 18 yaşdan yuxarı və risk qrupunda olan şəxslərin koronavirusa qarşı dördüncü doza vaksinlə peyvənd olunmasına icazə verib.
"Unikal"ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, aparılan müşahidələr göstərir ki, dördüncü doza vaksin üçüncü doza ilə müqayisədə yoluxmadan iki dəfə, xəstəliyin ağır keçməsindən beş dəfə daha səmərəli qoruyur.
Yeni qərara əsasən, dördüncü doza vaksin üçüncü doza vurulandan dörd ay sonra vurulmalıdır.
Qeyd edək ki, İsraildə əhalinin üçüncü doza ilə peyvənd olunması ötən ilin iyulunda başlayıb.
Bugünədək ölkədə 6,6 milyondan çox şəxs birinci doza, 6 milyondan çox şəxs iki doza, 4,4 milyondan çox şəxs üçüncü doza, 611 min nəfər dördüncü doza ilə vaksinlənib.