Sakit okeanda ada ölkəsi olan Tonqada güclü zəlzələ olub.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti ( USGS ) Tonqada 6,2 bal gücündə zəlzələnin 4,2 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.
Geoloji Xidmət zəlzələnin episentrinin Panqaidən 225 kilometr şimal-qərbdə olduğunu bildirib.
Zəlzələdən sonra Tonqa, Yeni Zelandiya, ABŞ, Kanada, Çili və Yaponiya üçün "sunami" xəbərdarlığı edilib.