İranda ötən sutka ərzində 30 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 333 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 14285 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6293695 nəfərə çatıb.