Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 3-də Çinə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin informasiya və mətbuat idarəsinin direktorunun müavini Aleksey Zaytsev deyib.
Onun sözlərinə görə, Lavrov çinli həmkarı Van Yi ilə iki ölkə liderinin sammitinə hazırlığını müzakirə edəcək. Pekində baş tutacaq danışıqlar zamanı nazirlər, həmçinin ikitərəfli gündəliyin aktual məsələləri, əsas regional və qlobal problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.