Ukrayna Ali Radası plenar iclaslarını fevralın ortalarınadək təxirə salıb.
"Unikal" xəbər verir ki, parlament deputatlar arasında COVID-19-un yayılması ilə əlaqədar belə bir addım atıb.
İclasda müvafiq qərarı 233 xalq deputatı dəstəkləyib.
Beləliklə, fevralın 1-də növbəti sessiyanın və plenar iclasın açılışı olacaq. Artıq fevralın 2-dən 4-ə kimi deputatlar komitələrdə, fraksiyalarda və qruplarda çalışacaq. Eyni rejimdə işlər fevralın 7-dən 11-dək davam edəcək.
Növbəti plenar həftə isə fevralın 14-də başlayacaq. Parlamentarilər fevralın 15-də iclas zalında işə qayıdacaqlar.