Futbol üzrə Polşa milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Unikal" xəbər verir ki, bir sıra mütəxəssislərlə danışıqları uğursuz alınan Polşa Futbol Federasiyası Adam Navalka ilə ilkin razılıq əldə edib.
64 yaşlı mütəxəssisin təyinatı yanvarın 31-də rəsmən açıqlanacaq. O, 4 illik fasilədən sonra yığmaya qayıdıb.
Onunla 2022-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Navalka 2013-18-ci illərdə də Polşa yığmasının baş məşqçisi olub.
Qeyd edək ki, yığmanın baş məşqçi postu Paulo Souzanın vəzifəsindən ayrılmasından sonra boş qalıb.