UEFA “Bazel” – “Qarabağ” oyunu ilə bağlı qərarını açıqlayıb.
"Unikal" xəbər verir ki, Konfrans Liqasının qrup mərhələsinin VI turunda baş verənlər İsveçrə təmsilçisinin cəzalanması ilə nəticələnib.
Ötən il dekabrın 9-da baş tutan görüşün meydan sahibləri 19 min 750 avro ziyana düşüb. Bazelin eyniadlı klubu azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə 13 min 750 avro ziyana düşüb. Tribunalarda keçidlərin bağlandığı isə 6 min avroya başa gəlib.
Qeyd edək ki, qrup qalibinin müəyyənləşdiyi “Bazel” – “Qarabağ” oyununda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.