"Bazel"in futbolçusu Artur Kabral "Fiorentina"ya keçib.

"Unikal" xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçuyla 2026-cı ilədək sözləşmə imzalanıb.

Qeyd edək ki, Kabral 2019-cu ildən İsveçrə klubunun şərəfini qoruyurdu.