“AMİP iyun ayında keçirəcəyi qurultayında partiyanın lideri Etibar Məmmədovun prezidentliyə namizədliyi ilə bağlı qərarını verəcək”. Bu sözləri AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev təşkilatın seçkilərədki iştirakı ilə bağlı perspektivini şərh edərkən deyib.

Onun sözlərinə görə, indi partiyada qurultaya hazırlıq işləri aparılır.

“Partiyanın prezident seçkilərindəki namizədi ilə bağlı qərarı qurultayda veriləcək. İndi biz Etibar Məmmədovun namizədliyi ilə bağlı hələ bir şey deyə bilmərik. Qurultayda bu məsələ müzakirəyə çıxarılacaq”-deyə o, vurğulayıb.

Qeyd edək ki, Etibar Məmmədov 2004-cü ildə aktiv siyasəti tərk edib.
Sürpriz: Etibar Məmmədov prezidentliyə namizəd olacaq