Futzal üzrə Azərbaycan milli komandası Niderlandda təşkil olunan Avropa çempionatının final mərhələsinin D qrupunda bu gün sonuncu oyununu keçirib.
"Unikal" xəbər verir ki, Amsterdam şəhərindəki “Ziggo Dome” Arenada Bosniya və Herseqovina komandası ilə qarşılaşan millimiz 4:2 hesablı qələbə qazanıb. Komandamızın qollarını Bolinya, Eduardo, Rafael Vilela və Qallo vurublar
Yekunda qrupu 3-cü pillədə başa vuran millimiz Avropa çempionatında mübarizəni dayandırıb.