Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə keçirilən Qran-Pri turniri davam edir.
"Unikal" xəbər verir ki, yanvarın 29-da qadın güləşçilərdən ibarət millimizin üzvü Birgül Soltanova (62 kq) fəxri kürsüyə qalxıb. Dörddəbir finalda monqolustanlı Tserençimed Sukxeyə məğlub olan həmyerlimiz rusiyalı Alyona Timofeyevaya qalib gələrək yarışın bürünc medalına sahib olub. Beləliklə, komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, bir gün əvvəl güləşçimiz Alyona Kolesnik (59 kq) yarışda qızıl medal qazanıb.