İngiltərənin "Liverpul" klubu yeni transferini gerçəkləşdirib.

"Unikal" xəbər verir ki, Mersisayd təmsilçisi Portuqaliya "Portu"sundan Luis Diası heyətinə qatıb.

25 yaşlı kolimbiyalı oyunçu tibbi müayinədən keçib. Hücumçunun müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Kolumbiya yığmasının düşərgəsində olan Luis Dias 2019-cu ildən "Portu"da çıxış edir.