"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
"Unikal" xəbər verir ki, klub "Borussiya"nın (Münhenqladbax) futbolçusu Denis Zakarianı transfer etməyə hazırlaşır. "Qoca sinyora" 25 yaşlı yarımmüdafiəçi üçün Münhenqladbax klubu ilə razılaşıb.
Zakaria bu mövsüm “Borussiya” ilə Bundesliqada 16 oyunda 2 qol vurub.
Qeyd edək ki, Zakaria İsveçrə millisinin üzvüdür və o, 2017-ci ildən "Borussiya"da çıxış edir.