"Qalatasaray" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
"Unikal" xarici KİV-yə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Barselona”nın futbolçusu İnyaki Penya ilə razılaşıb. 22 yaşlı qapıçı mövsümün sonuna qədər icarə əsasında “Qalatasaray”da çıxış edəcək.
Qeyd edək ki, Penya bu mövsüm “Barselona”nın B komandasında 9 oyuna çıxıb.