
Bakı və Abşeron yarımadasında fevralın 21-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 21-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.