Pakistanın Bəlucistan əyalətində qumbara partlayıb. 

"Unikal" xəbər verir ki, hadisə Dera Allah Yar şəhərində qeydə  alınıb. Partlayış nəticəsidə 17  nəfər yaralanıb. Yaralananlardan 2-si yol polisi əməkdaşlarıdır. Xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlardan 4-nün vəziyyəti kritikdir.

Ölkədə fəaliyyət göstərən ekstremist qrupların heç biri hələ ki, hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.