Ukraynanın müdafiə naziri Oleksey Reznikov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşün mümkünlüyü barədə sualı cavablandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov müsahibəsində deyib.
"Bu bəyanat deyildi. Bu barədə Ali Radada deputatlar qarşısında çıxışından sonra jurnalistlərin sualına cavabımda bildirmişəm. Məndən Şoyqu ilə görüşməyə hazır olub-olmadığımı soruşdular. Cavab verdim ki, belə bir təşəbbüs olmayıb, amma kimsə - mən NATO və ya Avropa İttifaqını nəzərdə tuturam ki, bu təşəbbüsü göstərəsə və ya təşkil edirsə, fevralda Brüssel və ya Münhendə həmkarlarımın moderatorluğu ilə - ABŞ və ya Britaniyanın müdafiə nazirinin iştirakı ilə belə görüş niyə də olmasın?", - MN rəhbəri bildirib.
Reznikov Ukraynanın Rusiya üçün təhlükə olmadığını izah etmək istədiyini söyləyib:
"Mən görüşməyə, danışmağa, onlar üçün bizim necə bir təhlükə olmağımızla bağlı sualına cavab verməyə hazıram. Təbii ki, güclü moderatorların, eyni səviyyəli vasitəçilərin olması lazımdır. Bu gün prezidentlər səviyyəsində, siyasi müşavirlər səviyyəsində "Normandiya formatı"nda, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilir. Niyə digər ölkələrin müdafiə nazirlərinin iştirakı ilə müdafiə nazirləri səviyyəsində görüş keçirilə bilməz? Həm ABŞ, həm də Böyük Britaniya Budapeşt Memorandumunun nə olduğunu bilir, ona görə də bu iki ölkənin təmsilçilərinin adını çəkdim", -deyə Ukrayna müdafiə naziri qeyd edib.