Rusiyada son sutka ərzində daha 124 070 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal"ın Rusiyanın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 11 861 077 nəfərə çatıb.

Son sutka ərzində 621 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 331 349 nəfərə çatıb.