Kreml Böyük Britaniya Xarici İşlər Nazirliyinin rusiyalı “oliqarxların” əmlakının müsadirə olunmasının mümkünlüyü barədə bəyanatını çox narahatedici bəyanat kimi qiymətləndirir.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, Londondan çox narahatedici bəyanatdır. Düşünürəm ki, onlar təkcə bizi deyil, şirkətlərimizi də narahat edir", - Peskov Britaniya baş nazirinin jurnalistlərə verdiyi açıqlamaları şərh edərkən deyib.
Qeyd edək ki, bazar günü Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, London Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi çərçivəsində Londondakı "rus oliqarxlarının" əmlakının müsadirə oluna biləcəyi ehtimalını istisna etmir.
Bu gün Britaniya parlamentində Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin təqdim ediləcəyi gözlənilir.
Ağarza Elçinoğlu