Yaponiyanın Özünümüdafiə Qüvvələrinə məxsus "F-15" qırıcısı yanvarın 31-də İsikava bölgəsində, Yapon dənizi sahillərində uçuş zamanı radardan itib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, qırcı Komasu bazasından uçub və bundan sonra onunla əlaqə kəsilib.
Məlumata görə, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin 200-ə yaxın "F-15" qırıcısı var. Onlardan əsasən Yaponiyanın dövlət sərhədlərinə yaxın uçan xarici ölkə təyyarələrini müşayiət etmək üçün istifadə olunur.