Braziliyanın San-Paulu əyalətində leysan yağışların törətdiyi fəlakətlər nəticəsində 500-ə yaxın ailə evsiz qalıb.
"Unikal" xəbər verir ki, yanvarın 28-dən bəri leysan yağışların səbəb olduğu ərazidə sel və torpaq sürüşməsi 19 nəfərin həyatına son qoyub. Təbii fəlakət nəticəsində 9 nəfərin yaralanıb, 4 nəfər isə itkin düşüb.
Ərazidə xilasetmə işləri davam etdirilir.