"Əvvəla, biz Nensi Pelosinin siyasi karyerasına birdəfəlik son qoyacağıq və 2024-cü ildə Baydenin cinayətkar ailəsini Ağ Evdən qovacağıq".
"Unikal" The New York Times nəşrinə istinadən xəbər verir ki, bu barədə danışan eks-prezident Donald Tramp Texasda mitinq zamanı tərəfdarları qarşısında çıxışı zamanı ifadələrinə məhdudiyyət qoymayaraq, Amerikanı indiki zəif liderdən xilas edəcəyinə söz verib.
Ekspertlər qeyd ediblər ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının səhvləri Ağ Evin keçmiş rəhbəri Donald Trampın növbəti seçkilərində uğur şansını xeyli artırır. Baydenin fəaliyyətinin bəyənilməsinin azalması ilə əlaqədar olaraq, Tramp yüksək vədlər verməkdə davam edir.
Tramp həmçinin rəqibini bütün ölümcül günahlarda, o cümlədən Amerika liderinin zəif və açıq desək, səriştəsiz qərarları nəticəsində III Dünya Müharibəsi təhlükəsi yaratmaqda ittiham edib, həmçinin seçkilərdə qalib gəldikdən sonra Baydenə qarşı antikorrupsiya təhqiqatına başlayacağına söz verib.