Böyük Britaniya Baş naziri Boris Conson Ukraynaya səfər edəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 1-də baş tutacaq səfər zamanı Conson Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Consonla yanaşı Britaniya xarici işlər naziri Lis Trass da səfərdə iştirak edəcək.
Qeyd edilib ki, Ukrayna səfərindən sonra Boris Conson Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.