BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafında vəziyyətlə bağlı iclas keçirmək üçün toplaşıb.
"Unikal" xəbər verir ki, Ukrayna ilə bağlı iclasın keçirilməsini daha əvvəl ABŞ tələb edib.
Prosessual səsvermə zamanı BMT Təhlükəsizlik Şurası iclasın keçirilməsinin lehinə çıxış edib. Beləliklə, 10 ölkə lehinə, Rusiya və Çin əleyhinə səs verib, üç ölkə bitərəf qalıb. İclasın keçirilməsi üçün doqquz dəstək səsi lazım olub.
Şuranın sədri, Norveçin daimi nümayəndəsi Mona Juulun verdiyi məlumata görə, iclasda Ukrayna, Belarus, Litva və Polşa nümayəndələri iştirak edəcək.