Gürcüstanın Baş naziri İrakli Qaribaşvili koronavirus infeksiyasının omicron ştamına yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Baş nazir özünü yaxşı hiss edir və distant qaydada fəaliyyətinə davam edir.
Məlumatda qeyd olunub ki, İ.Qaribaşvili koronavirus əleyhinə tam vaksin olunub və onun infeksiyaya yoluxması planlaşdırılmış test nəticəsində təsdiqlənib.