Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov Xorvatiyada keçirilən yarışda qızıl medal qazanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Yunan-Roma Güləşi Federasiyası məlumat yayıb.

Həmyerlimiz “Grand Rrix Zagreb Open 2022” turnirində 72 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyərək, çempion olub.

Xatırladaq ki, P.Nəsibov Tokioda keçirilən Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanıb. Onun qələbəsi Ukrayna hökuməti tərəfindən yüksək qiymətləndirilib. Güləşçi pul mükafatı, medal və mənzillə təmin edilib.