ABŞ prezidenti Co Bayden ölkəsinin Rusiya-Ukrayna böhranı ilə bağlı hər şeyə hazır olduğunu bəyan edib.
"Unikal" xəbər verir ki, o, bu barədə Rusiya-Ukrayna böhranı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə məhsuldar görüş keçirdiklərini deyən Bayden bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini açıq şəkildə ifadə etdiklərini söyləyib.
"Biz irəliləməyin ən yaxşı yolu diplomatiyaya çağırmaqda davam edirik. Bununla belə, Rusiya Ukrayna ətrafında hərbi birləşmələr yaratmağa davam edir. Biz nə olursa olsun, hazırıq", - deyə Bayden qeyd edib.
Gülayə Mecid