"Rusiya təhlükəsinə qarşı ayıq olmalıyıq. Bir həftədən artıqdır ki, dediyimizi təkrar edirəm. Rusiya hər an Ukraynanı işğal edə bilər".
"Unikal" xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi gündəlik mətbuat konfransında gündəmi dəyərləndirərkən jurnalistlərin suallarına cavabında deyib.
Rusiyanın Ukraynaya müdaxiləsi halında ona qarşı tətbiq olunacaq sanksiyalarla bağlı Konqres ilə yaxından işlədiklərini ifadə edən Psaki, sanksiyaların çəkindirmə baxımından mühüm rol oynayacağına inandıqlarını ifadə edib.
Ağarza Elçinoğlu