Gürcüstanda son sutkada koronavirusa 24 201 yeni yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, daha 10 732 nəfər müalicə olunaraq sağalıb.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 1 200 124 nəfər yoluxub. Onların 1 020 510-u sağalıb, 15 016-sı isə ölüb.