Çin iqtisadi təhlükəsizlik və innovasiya baxımından ABŞ üçün ən böyük təhlükədir.
"Unikal" xəbər verir ki, bunu Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Kristofer Vray deyib.
"İki mindən çoxu Çin hökumətinin məlumatlarımızı və ya texnologiyalarımızı oğurlamaq cəhdlərinə həsr olunmuş araşdırmalarımızdan görünənləri ümumiləşdirmək üçün belə çıxır ki, heç bir ölkə bizim ideyalarımız, innovasiyalarımız və yeniliklərimiz üçün daha açıq təhlükə yaratmır. Çin hökuməti heyrətamiz miqdarda məlumat oğurlayır və sənayenin geniş spektrində ciddi, iş yerlərini dağıdan zərərlərə səbəb olur", - Rey Kaliforniyadakı Ronald Reyqan Prezident Kitabxanasında bildirib.
Vray vurğulayıb ki, FTB az qala hər 12 saatdan bir "Çinin kəşfiyyat əməliyyatlarına qarşı çıxmaq üçün" yeni işlər açmağa məcburdur. Nümunə kimi o, ÇXR xaker şəbəkəsinin hərəkətlərini və kompüter sistemlərinə hücumları göstərib.
Eyni zamanda, o, öz çıxışında Çin xalqını deyil, Çin hökumətini nəzərdə tutduğunu qeyd edib.
Ağarza Elçinoğlu