Ermənistan parlamentinin spikeri Alen Simonyan prezidentin səlahiyətlərini müvəqqəti olaraq icra edəcək.
"Unikal" xəbər verir ki, o, Konstitusiyaya uyğun olaraq, yeni Prezident seçilənə qədər dövlət başçısının səlahiyyətlərini icra edəcək.
Vitse-spiker Akop Arşakyan isə hələlik spikerin vəzifələrini yerinə yetirəcək.
Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verib. Bu gün spiker Alen Simonyan Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı qərar imzalayıb.