Yerlan Koşanov Qazaxıstan parlamenti Məclisinin (aşağı palatasının) yeni sədri seçilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, deputatlar Yerlan Koşanovun Qazaxıstan parlamenti Məclisinin yeni spikeri seçilməsini yekdilliklə dəstəkləyiblər.
Yerlan Koşanov Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilərək Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı kimi qeydə alınıb.
Qeyd edək ki, Qazaxıstan parlamentinin (aşağı palata) sədri Nurlan Niqmatulin bu gün istefa verib.
Gülayə Mecid