NATO-nun Birgə Qüvvələr Təlim Mərkəzi (JFTC) komandanın müavini, Baş Qərargahın rəisi briqada generalı Cozef Spişak Gürcüstana işgüzar səfər edib.
"Unikal" verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
NATO generalı Vaziani Hərbi Hazırlıq Mərkəzinə baş çəkib və infrastrukturla tanış olub. C.Spişak həmçinin mərkəzdə keçirilən həftəlik kursun çöl komponentini müşahidə edib.