ABŞ-ın Ankaradakı səfiri Cefri Flake İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu ilə görüşüb
 
"Unikal" xəbər verir ki,  görüş əsnasında  İmamoğlu ilə Flake arasında maraqlı anlar yaşanıb.  Belə  ki, səfir ingiliscə "Türkiyə ABŞ üçün vazkeçilməz bir müttəfiqdir. Aramızdakı bu bağ çox vacibdir.  Ona görə də özümü burada olmaqdan  şanslı hiss edirəm", - deyə  ifadə  işlədib.  
 
Bu zaman  İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu ingiliscə "Yaxşı, yaxşıyam", - deyib.  Onun bu cavabı sosial  mediada  gündəm mövzusuna  çevrilib. 
 
Bəzi sosial  media istifadəçiləri  İmamoğlunun bu cavabını "lağa" qoyub. 
 
Gülayə Mecid