Rusiyada son sutka ərzində daha 125 836 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal" xəbər verir ki, COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb. Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 11 986 913 nəfərə çatıb.

Son sutka ərzində 663 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 332 012 nəfərə çatıb.