Ekvadorun paytaxtı Kitoda güclü yağışlar həyatı iflic edib.
"Unikal" xəbər verir ki, təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 15 nəfər isə ağır yaralanıb. Çox sayda evin zərər gördüyü bölgədə təcili yardım qruplarının və polisin işlərinə davam etdiyi bildirilir.
Səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatlarına kömək etmək üçün hərbçiləri də yerləşdirməyi planlaşdırır.