Dünyada jurnalistlərin qanuni hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərən "The Press Emblem Campaign" açıqlama yayıb.
"Unikal" xəbər verir ki, Cenevrədə yerləşən qurum 2022-ci ilin ilk ayında dünyada 12 jurnalistin öldürüldüyü barəsində yazı dərc edib.
"The Press Emblem Campaign"ın Baş katibi Blez Lempen qətlləri pisləyərək, "2022-ci ilin ilk ayı 12 media işçisinin hücumçular tərəfindən həyatını itirməsi ilə acınacaqlı xəbərlərlə başladıq," deyə ifadə işlədib.
Həmçinin də, Lempen Meksikadan dörd, Haiti, Honduras və Pakistandan iki, Qazaxıstan və Myanmadan bir jurnalist öldürüldüyünü açıqlayıb.