2011-ci il iyulun 22-də Norveçin paytaxtı Oslo və Utoya adasında törətdiyi qətliamlarda 77 nəfəri öldürən Anders Behring Breivik şərti azadlığa buraxılmasını tələb edib.
"Unikal" xəbər verir ki, onun bu tələbi rədd edilib.
2011-ci ildə Osloda hökumət binasını bombaladıqdan sonra Utoya adasındakı Leyboristlər Partiyasının gənclər düşərgəsində əksəriyyəti uşaq olmaqla 69 nəfəri qətlə yetirən Breyvikin məhkəməsində şərti azadlığa buraxılması tələbi rədd edilib və yekdilliklə onun həbsinin davam etdirilməsi qərara alınıb.
Ağarza Elçinoğlu