
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daha 3 dərsliyin respublikanın ümumtəhsil məktəblərində istifadəsini məqsədəuyğun saymayıb.
Bunlar 3-cü sinif “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərslikləridir.
Komissiya bu dərsliklərin yenidən hazırlanmalı olmasına dair rəy verib, rəy artıq Təhsil Nazirliyinə göndərilib.
Qeyd edək ki, orta məktəblərin 3-cü sinfində 8 dərslik var.
Xatırladaq ki, TQDK 1-ci sinif üçün “Ana dili” və “Riyaziyyat” dərsliklərinin də yararsız olmasına dair rəy verib. TN isə bu rəylə razılaşmır.