"Əgər Rusiya-Ukrayna müharibəsi başlayarsa və Kiyev ruslara təslim olarsa 3-5 milyon ukraynalı evlərini tərk etməli olacaq".
"Unikal" xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə, ukraynalılar işğaldan sonra Polşaya miqrasiya edəcək:
"Ukraynadan dinc əhalinin qaçacağı ölkələrdə biri də Polşadır. Həmin ölkə 1 milyon ukraynalıya ev sahibliyi edəcək. Bununla yanaşı, Slovakiya və Çexiya on minlərlə immiqrant gözləyə bilər".
Gülayə Mecid