“Növbəti mövsüm Premyer Liqada 10 komanda iştirak edəcək”.
"Unikal" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
Qurum rəsmisi fors-major durum ortaya çıxmasa, 2022-23 mövsümündə Premyer Liqaya iki yeni klubun qəbul olunacağını və yarışın 10 komandanın iştirakı ilə təşkili barədə qərar qəbul edildiyini bildirib.