Gürcüstanda ötən sutka ərzində daha 26 320 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 44 pasiyent ölüb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 226 444-ə, vəfat edənlərin sayı isə 15 060-a yüksəlib.
Son bir gündə 9 555, ümumilikdə isə 1 030 065 nəfər müalicə olunaraq sağalıb.